Ağdam sakininin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açıldı

Oxunma vaxtı:25 Saniyə

Noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Doğrusöztv.Az xəbər verir ki, Ağdam rayon prokurorluğundan  bildirilib ki, aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

 453 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 15-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin görüşü keçirilib. Doğrusöztv.Az xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, “Hərbi hüquq üzrə ekspert görüşü”ndə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, […]