Hərbçilərə ŞAD XƏBƏR: Yeni layihə hazırlayır

Oxunma vaxtı:32 Saniyə

Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hər il növbəti məzuniyyətə çıxarkən, onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif olunur.

Oxu24.com -un  məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Eyni zamanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.

Qüvvədə olan qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.

 718 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şuşada terrorçunun qumbara partlatdığı yerdən yeni görüntülər - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədərək üç azərbaycanlı hərbçimizi yaralayıb. Milli.Az xəbər verir ki, AzTV-nin əməkdaşları hadisənin baş verdiyi ərazidən süjet hazırlayıblar. Süjetdə təxribat törədilmiş yerdən son məlumatlar çatdırılıb.  719 total views