İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib.

Ali mükafat Prezident İlham Əliyevə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Təltiflə bağlı qərarı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıblar.

“Bu ordeni aldığım üçün qürur duyuram, çox xoşbəxtəm, eyni zamanda bu mükafat üzərimə böyük məsuliyyət qoyur”, – dövlət başçısı Zirvə Toplantısında çıxışı zamanı deyib.

 421 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"İgid oğullarımız onun da boynuna çıxıb murdarlayarlar"- Deputatdan sərt AÇIQLAMA

Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinin 1 ili tamam olur. Bu münasibətlə sülhməramlı qüvvələrin Xankəndi yaxınlığındakı hərbi şəhərciyində “Qəhrəmanlar xiyabanı” və sülhməramlılara həsr olunmuş abidənin açlışı olub. Xiyabanın açılışına Cənub Hərbi Dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov və sülhməramlı kontingentin komandanı, general-leytenant Qennadi Anaşkin qatılıb. Məsələ ilə bağlı Sonxeber.az deputat Aqil Abbasın fikrini […]