Azad olunan ərazilərdə qısa müddətdə salınan yeni yollar və hava limanı məni heyrətləndirdi – Lordlar palatasının üzvü

Oxunma vaxtı:41 Saniyə

30 il öncə, münaqişənin ilk illərində Azərbaycanda olmuşam. Cəbhə xəttinin yaxınlığında yerləşən bir oteldə qalırdıq, orada su belə yox idi. O zaman gördüm ki, Azərbaycandakı məcburi köçkünlər hansı şəraitdə yaşayır. Ondan sonra hər dəfə Azərbaycana gəldikdə vəziyyətin necə yaxşılaşdığını gördüm. Bu səfər zamanı isə çox heyrətləndim, işğaldan azad olunan ərazilərdə qısa müddətdə salınan yeni yollar və yeni hava limanı məni çox xoşbəxt etdi və heyrətləndirdi.

Doğrusöztv.Az xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin Lordlar palatasının üzvü
Con Kilkluney mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda digər dinlərə qarşı hörmətsizlik olduğu deyilir, lakin bu, doğru deyil.

“Mən səfərlərim çərçivəsində görmüşəm ki, müxtəlif dinə mənsub insanlar Azərbaycanda tam rahat və bərabərhüquqlu şəkildə yaşayır. Bu da onu göstərir ki, Azərbaycan çox tolerant dövlətdir. Ümid edirəm ki, gec-tez ermənilər də başa düşəcək ki, Azərbaycan hüdudları daxilində onların hüquqları tam qorunacaq”.

 391 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şəhid ailələrinin evindən oğurluq edildi - VİDEO

Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb. Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Həmin kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan […]