“Rüsumlarının dəyişməsi dərmanların qiymətinə təsir etmir” – Nazir müavini

Oxunma vaxtı:39 Saniyə

Dövlət rüsumlarının dəyişməsi dərmanların qiymətinə təsir etmir. Dərmanlarla bağlı mövcud problemlər rüsum və yığımlarla bağlı deyil.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazinin müavini Azər Bayramov deyib.

A.Bayramov vurğulayıb ki, qiymətqoymada müəyyən aparıcı şirkətlərlə qeyri-müəyyənliklər yaşanır.

O qeyd edib ki, burada problem daha çox qiymət formalaşması ilə bağlıdır: “Rüsum dərəcəsi o prosesdə çox cüzi bir məbləğdir. Mən inanmıram ki, bu, qiymətə təsir göstərsin. Bütövlükdə məhsulun çeşidinin kifayət qədər olmaması problemdir. Hesab edirəm ki, aidiyyəti qurumlar – İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi bu problemin həlli üçün işlər görürlər”.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

 415 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

ŞAD XƏBƏR: Minimum əməkhaqqı artırılır

Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Doğrusöztv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub. Bundan əlavə, layihəyə əsasən ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılması da təklif edilir.  416 total views