SON DƏQİQƏ: Milli Məclisin deputatı vəfat etdi

Oxunma vaxtı:28 Saniyə

Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.
Qalanews xəbər verir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat yayıb.
Məlumata görə, M.Musayev 83 yaşında ürəıktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, M.Musayev 1938-ci ilin avqustun 18-də anadan olub.
O, 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. M.Musayev 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri və 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

 325 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Bakıda 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Unikal.org xəbər verir ki, 47 nömrəli tam orta məktəbin 25 şagirdi və 4 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant […]