İlham Əliyev və Ərdoğan Füzuli hava limanının açılışını etdi – YENİLƏNİB + VİDEO

Oxunma vaxtı:1 Dəqiqə, 12 Saniyə

Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Dövlət başçıları açılışın rəmzi olan lenti kəsiblər.

Daha sonra AZAL-ın prezidenti Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının simvolik açarlarını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

13:28

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

13:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.https://izle.az/embed/qyyxrfLzTMpMKYkvK3EFAA~~

12:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

Onu Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər Esenboğa hava limanından yola salıblar.

Səfərdə Türkiyə liderini ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.

10:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. Ərdoğanın bu gəlişi onun son bir ildə Azərbaycana üçüncü səfəri olacaq.

Bir günlük səfər zamanı Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdirdiyi ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı Ərdoğanın da qatılacağı mərasimlə istifadəyə veriləcək və Türkiyə lideri mərasimdə çıxış edəcək./Oxu.az

 352 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ərdoğan Füzulidə: "Açıq havada maska taxmayın" - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. BiG.AZ xəbər verir ki, Füzuli aeroportunda səmimi anlar yaşanıb. Ərdoğan Türkiyədən gələn qonaqlara: “Açıq havada maska yoxdur” deyə bildirib. Prezident İlham Əliyev isə: “Açıq havada yox amma qapalı məkanda var” deyə reaksiya verib. Həmin anları təqdim edirik: Bu gönderiyi Instagram'da gör […]