Vətən Müharibəsinin 27-ci günü: 23 oktyabrda nələr baş verdi? – VİDEO

Oxunma vaxtı:1 Dəqiqə, 5 Saniyə

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

XəzərXəbər Vətən müharibəsinin oktyabrın 23-nə aid olan xronikasını təqdim edir.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışıb.

– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Vacib ərazi və yüksəkliklər azad edilib. Düşmən fərarilik edərək mövqeləri tərk edib.

– Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub. Düşmənin 4 PUA-sı zərərsizləşdirilib.

– Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib. Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilməsinin videogörüntüləri yayılıb.

– Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin videogörüntüləri yayılıb.

– Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilməsinin videogörüntüləri yayılıb.

– Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilməsinin videogörüntüləri yayılıb.

 418 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Zəngilana səfərindən görüntü paylaşıb. Trend xəbər verir ki, paylaşımda deyilir: “İşğaldan azad olunmuş torpaqlarda xatirələr. Kədər və sevinc. Allah xalqımızı qorusun!”.  419 total views