Vətən müharibəsi qazisi ilə görüş

Oxunma vaxtı:46 Saniyə

Oktyabrın 5-də Vətən müharibəsinin ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovun rəhbərliyi altında, sözügedən qurumun əməkdaşları, media mənsubları II Qarabağ savaşının qəhrəmanı, qazi Samir Mamedovun ailəsini ziyarət ediblər. Samir Mamedov Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının erməni işğalından azad olunması uğrunda gedən qanlı döyüşlərdə igidliklə vuruşub, mənfur düşmənə sarsıdıcı zərbələr vurub. Qorxubilməz el oğlumuz Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə mərdlik nümayiş etdirib, lakin həmin ərazidə döyüşlərin birində ağır yaralanıb. Qazi S.Mamedov göstərdiyiqəhrəmanlıqlara görə döyüş medalları ilə təltif olunub. Müharibə zamanı bədənindən aldığı ağır yaralara görə  qazimizə II qrup əlillik dərəcəsi təyin olunub.

  Qarabağ döyüşçüsünə baş çəkən YAP rayon təşkilatının sədri Rövşən Əhmədov tədbir zamanı çıxış edərək, Vətən müharibəsində rayonumuzdanolan igid döyüşçülərin qəhrəmanlığından geniş söhbət açıb. Samirin adını xüsusi olaraq vurğulayıb. Onun ünvanına səmimi ürək sözlərini bildirib.

Sonda qazinin valideynləri ziyarət iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə öz dərin təşəkkür, minnətdarlıqlarını bildiriblər.

 373 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Laçın rayonunun Qorçu kənd sakini,  məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşmış Vətən müharibəsi şəhidi Şahvələdov İlyas Etibar oğlunun şəhadətə yüksəlməsinin bir ili tamam olur.    Şəhidin ildönümü ərəfəsində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və […]