Sarıcalı kəndində müasir tipli yeni məktəb binası inşa olunur

Oxunma vaxtı:46 Saniyə

Son vaxtlar rayonumuzda məktəb tikintisi sahəsində mühüm addımlar atılır. Bölgənin kəndlərində köhnə, əlverişsiz məktəb binaları yeniləri ilə əvəz olunur. Müasir standartlar səviyyəsində inşa olunan yeni məktəb binaları həm kənd sakinləri, həm də müəllim və şagird kollektivləri tərəfindən böyük razılıq hissi ilə qarşılanır.

Doğrusöztv.Az xəbər verir ki, Sarıcalı kəndində də 360 şagird yerlik yeni məktəb binası inşa edilir. Tikinti işləri respublika təhsil nazirliyinin vəzaiti ilə THES Konstruksiyon MMC tərəfindən həyata keçirilir. Sarıcalı kənd tam orta məktəbi üçün nəzərdə tutulmuş sözügedən binanın tikintisinə ötən ildən başlanılıb. Müasir tələblərə uyğun inşa olunan ikimərtəbəli tədris korpusu 19 sinif otağından, labaratoriya otaqlarından, yeməkxana və akt zalından ibarətdir. Burada həm qapalı, həm də açıq idman meydançaları da fəaliyyət  göstərəcək. Məktəb binasını qış dövründə istiliklə təmin etmək üçün qazanxana, işıqlandırma üçün isə transformator quraşdırılıb. Binada içməli su xətti də çəkiləcəkdir.

Hazırda məktəb binasında son tamamlama işləri aparılır. Sarıcalı kənd tam orta məktəbinin yeni binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

 470 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Vətən müharibəsi qazisi ilə görüş

Oktyabrın 5-də Vətən müharibəsinin ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovun rəhbərliyi altında, sözügedən qurumun əməkdaşları, media mənsubları II Qarabağ savaşının qəhrəmanı, qazi Samir Mamedovun ailəsini ziyarət ediblər. Samir Mamedov Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının erməni işğalından azad olunması uğrunda gedən qanlı döyüşlərdə igidliklə vuruşub, mənfur […]