Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Laçın rayonunun Qorçu kənd sakini,  məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşmış Vətən müharibəsi şəhidi Şahvələdov İlyas Etibar oğlunun şəhadətə yüksəlməsinin bir ili tamam olur.    Şəhidin ildönümü ərəfəsində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və […]

Vətən müharibəsi qazisi ilə görüş

Oktyabrın 5-də Vətən müharibəsinin ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovun rəhbərliyi altında, sözügedən qurumun əməkdaşları, media mənsubları II Qarabağ savaşının qəhrəmanı, qazi Samir Mamedovun ailəsini ziyarət ediblər. Samir Mamedov Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının erməni işğalından azad olunması uğrunda gedən qanlı döyüşlərdə igidliklə vuruşub, mənfur […]

Sarıcalı kəndində müasir tipli yeni məktəb binası inşa olunur

Son vaxtlar rayonumuzda məktəb tikintisi sahəsində mühüm addımlar atılır. Bölgənin kəndlərində köhnə, əlverişsiz məktəb binaları yeniləri ilə əvəz olunur. Müasir standartlar səviyyəsində inşa olunan yeni məktəb binaları həm kənd sakinləri, həm də müəllim və şagird kollektivləri tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Doğrusöztv.Az xəbər verir ki, Sarıcalı kəndində də 360 […]

Ceyhun Bayramov Belarusa səfərə gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa səfərə gedib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirakı […]

Xalq artisti Arif Babayevin vəziyyəti necədir?

Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb. Bu barədə “Report”a xanəndənin yaxınları məlumat veriblər.Bildirilib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı Xalq artistinin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: “Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə […]

Səhiyyə və Təhsil nazirlikləri birgə açıqlama yaydı

“Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu oktyabrın 9-da saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub”. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub: “İlkin diaqnoz “kəskin […]