Xaçmazda şəhid Qürbət Tarverdiyevin xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib (FOTO)

Oxunma vaxtı:36 Saniyə

Xaçmazın Nərəcan kəndində Vətən müharibəsi şəhidi Qürbət Tarverdiyevin xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib.

Trend xəbər verir ki, bu məqsədlə keçirilən mərasimdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları və kənd sakinləri iştirak edib.

Çıxışlarda Vətən müharibəsində qazanılan parlaq qələbədən, bu qələbədə pay sahibi olan Qürbət Tarıverdiyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Daha sonra Nərəcan kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunaraq xatirəsi anılıb, ruhuna dualar oxunub.

Qürbət Tarverdiyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərirdi. 22 yaşlı kəşfiyyatçı Xocavənd və Füzuli döyüşlərində iştirak edib. Oktyabrın 5-i Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalan qəhrəman ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Xaçmazda şəhid Qürbət Tarverdiyevin xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib (FOTO) - Gallery Image

 454 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Əli Əsədov Gürcüstanın Baş nazirinə başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb. “Report” xəbər verir ki, Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib. Ə.Əsədov faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.  455 total views