Türkiyənin yeni hərbi attaşesi Zakir Həsənovla görüşüb

Oxunma vaxtı:37 Saniyə

Oktyabrın 8-də Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb.

Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 531 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Xaçmazda şəhid Qürbət Tarverdiyevin xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib (FOTO)

Xaçmazın Nərəcan kəndində Vətən müharibəsi şəhidi Qürbət Tarverdiyevin xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib. Trend xəbər verir ki, bu məqsədlə keçirilən mərasimdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları və kənd sakinləri iştirak edib. Çıxışlarda Vətən müharibəsində qazanılan parlaq qələbədən, bu qələbədə pay sahibi olan […]