Prezident İlham Əliyev Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlini qoyub

Oxunma vaxtı:35 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına məktəbdə yaradılacaq şərait barədə məlumat verildi.

Bildirildi ki, 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. 145 yaşlı bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, məktəb 1876-cı ildə tikilib istifadəyə verilmişdi.

Prezident İlham Əliyev məktəbin təməlini qoydu.

 465 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Salyanda şöbə müdiri öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. “Report”un Aran bürosunun məlumatına görə, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub. R. Dadaşova isə bundan öncə […]