ETSN: Şimal rayonlarına yağış yağacaq, çaylarda daşqın, sel olacaq

Oxunma vaxtı:28 Saniyə

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq, Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Bu barədə BiG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02:00 radələrindən başlanması və ən intensiv dövrün səhər saat 07:00-dək davam edəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 403 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bakı sakinlərinin NƏZƏRİNƏ: Anım günü ilə əlaqədar bəzi marşrutlarda istiqamət dəyişdiriləcək - SİYAHI

27 sentyabr Anım günü keçiriləcək tədbirlərlə əlaqədar bəzi avtobusların istiqaməti dəyişdiriləcək.Bu barədə BiG.AZ-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.Bildirilib ki, keçiriləcək tədbirdə təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində, Ağ Şəhər […]