Cüdoçumuz Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb

Oxunma vaxtı:23 Saniyə

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

Doğrusöztv.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində finala qədər uğurla irəliləyən idmançımız həlledici mərhələdə moldovalı cüdoçu Viktor Sterpu ilə qarşılaşmanı qalib başa vurub.

Turnirdəki digər təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) mübarizəyə sentyabrın 26-da qoşulacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) – Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.

 460 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Moldovada “Nizami Gəncəvi 880” adlı tədbir keçirilib

Ölkəmizin Moldovadakı Səfirliyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə diaspor təşkilatımız Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) tərəfindən “Nizami Gəncəvi 880” adlı tədbir keçirilib. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriyak, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, […]