Bakı sakinlərinin NƏZƏRİNƏ: Anım günü ilə əlaqədar bəzi marşrutlarda istiqamət dəyişdiriləcək – SİYAHI

Oxunma vaxtı:39 Saniyə

27 sentyabr Anım günü keçiriləcək tədbirlərlə əlaqədar bəzi avtobusların istiqaməti dəyişdiriləcək.Bu barədə BiG.AZ-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.Bildirilib ki, keçiriləcək tədbirdə təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində, Ağ Şəhər də daxil olmaqla bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.Belə ki, sentyabrın 27-də saat 06:30-dan anım tədbirləri tam başa çatanadək 1, 2, 3, 4, 5, 6, 10, 18, 21, 30, 31, 32, 37, 39, 46, 49, 53, 65, 77, 88, 125, 127, 175, 205 və M3 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

 498 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

Prezident İlham Əliyevin tapşırığı əsasında icra olunan ödənişli ictimai işlər proqramı işsiz və işaxtaran şəxslərin məşğulluq məsələlərinin operativ həllində mühüm rola malikdir. Bu gün məqsəd bu proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan işçi qüvvəsinin müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnmələri üçün proqramın imkanlarının artırılmasıdır. “Report”un xəbərinə görə, bunu əmək və […]