İki aydır axtarılan İsmətlə Ülfətin cəsədləri tapıldı

Oxunma vaxtı:41 Saniyə

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının ANAMA əməkdaşlarının iştirakı ilə birlikdə keçirdikləri axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədlərini Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlayıb.

Doğrusöztv.Az bildirir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar cəsədləri ərazidən çıxarmaq mümkün olmayıb.

Onların nəşi sabah prokurorluq əməkdaşlarının iştirakı ilə ərazidən çıxarılacaq.

Qeyd ki, Ü.Rüstəmov və İ.Bayramov qonşudurlar.

Xatırladaq ki, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyul ayının 30-da at gətirmək adı ilə rayonun Alaxançaylı kəndindən çıxıb və bir daha geri qayıtmayıblar. Onların dumanlı havada azmaları ehtimal olunurdu.

İki aydır axtarılan İsmətlə Ülfətin cəsədləri tapıldı

 689 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Müğənni Aynur xəstəxanaya yerləşdirildi

Türkiyəli müğənni Aynur Aydın xəstəxanaya yerləşdirilib. Doğrusöztv.Az Axşam.az-a istinadən xəbər verir ki, 3 gündür qızdırma və ürəkbulanmadan əziyyət çəkən müğənninin evində qəfildən halı pisləşib və o, təcili olaraq xəstəxanaya aparılıb. Müayinə olunan sənətçi hazırda həkim nəzarəti altındadır.  690 total views