Ağstafa və Qazaxda 16 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Oxunma vaxtı:1 Dəqiqə, 2 Saniyə

Prezident İlham Əliyev Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam verib.

Doğrusöztv.Az xəbər verir ki, Sərəncamda deyilir:

– Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon (bir milyon bir yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Ağstafa və Qazax rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 sentyabr tarixli Sərəncamına Əlavə

Sıra№-siRayonunadıQuyularınsayı, ədədYaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
Ağstafa6Aşağı Göycəli kəndi2547
Göycəli kəndi (2 quyu)2774
Köhnəqışlaq kəndi698
Tatlı kəndi (2 quyu)2741
Qazax10Ağköynək kəndi3815
Aslanbəyli kəndi4323
Aşağı Salahlı kəndi1971
Bala Çaylı kəndi1240
Cəfərli kəndi1268
Çaylı kəndi8069
Daş Salahlı kəndi10823
Xanlıqlar kəndi3705
Kəmərli kəndi3221
Qaymaqlı kəndi2225
Cəmi:161449 420

 84 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın