Şənbə gününün havası AÇIQLANDI

Oxunma vaxtı:35 Saniyə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Dogrusoztv.Az-a verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % , gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

 334 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal bərpası aparılır - Mikayıl Cabbarov

Azərbaycanın azad edilmiş ərazilərində bütün infrastrukturun fəal şəkildə bərpası aparılır. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib. O bildirib ki, Qarabağın azad edilməsi yeni perspektivlər və yeni çağırışlar ortaya çıxarıb: “Torpaqlarımızın azad edilməsi nəticəsində biz Zəngəzur dəhlizi və Naxçıvanla, Türkiyə ilə […]