Azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal bərpası aparılır – Mikayıl Cabbarov

Oxunma vaxtı:46 Saniyə

Azərbaycanın azad edilmiş ərazilərində bütün infrastrukturun fəal şəkildə bərpası aparılır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

O bildirib ki, Qarabağın azad edilməsi yeni perspektivlər və yeni çağırışlar ortaya çıxarıb:

“Torpaqlarımızın azad edilməsi nəticəsində biz Zəngəzur dəhlizi və Naxçıvanla, Türkiyə ilə birbaşa kommunikasiya, eləcə də Mərkəzi Asiya bazarlarına çıxış barədə danışa bilərik. Azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal şəkildə bərpası aparılır. Bizim bütün layihələrimiz dünya səviyyəli innovativ həllərə uyğun reallaşdırılacaq. Eyni zamanda artıq Ağdam sənaye parkının yaradılması başlanılıb”.

Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.

 173 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Vilayət Eyvazov bu şöbəyə yeni rəis TƏYİN ETDİ

Gəncə şəhər Hava Limanı Xətt rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub. Dogrusoztv.az xəbər verir ki, Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı İrza Nağıyev sözügedən quruma rəis təyin edilib. Şənbə gününün havası AÇIQLANDI Qeyd edək ki ,İ.Nağıyev bundan öncə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis […]