Məktəb ləvazimatları bahalaşıb – Monitorinq

Oxunma vaxtı:47 Saniyə

Aparılan monitorinqlər göstərir ki, son günlərdə tələbat artdığı üçün məktəb ləvazimatlarının qiymətində 4 faizə qədər bahalaşma müşahidə edilir.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, əyani təhsilin bərpası ilə bağlı rəsmi açıqlamadan sonra məktəb ləvazimatlarına, o cümlədən məktəbli geyimlərinə tələb artıb. Məktəbli geyimlərinin qiyməti hələlik stabildir, qiymətlərdə xüsusi bir dəyişiklik yoxdur, sadəcə tələbin artması müşahidə edilir:

“Ancaq məktəb ləvazimatlarının qiymətində cüzi də olsa dəyişiklik müşahidə olunub. Xüsusilə də məktəbli çantalarının və digər məktəb ləvazimatlarının qiymətində təxminən 4 faizə yaxın artım müşahidə edilir. Tələb yüksək olduğu üçün özünü qiymətlərdə göstərir. Hələlik tələb artan dinamika üzrə gedir. Gözlənilir ki, növbəti günlərdə tələb daha çox artacaq və tələbin artmasına uyğun qiymətlərin də artacağı ehtimalı var”.

Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

 272 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

İlham Əliyevdən Əziz Səncərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Əziz Səncərə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Ə. Səncər Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə ilə təltif edilib.  273 total views