Binəqədidə yolların yenidən qurulması işləri üçün 3,7 milyon manat ayrıldı – SƏRƏNCAM

Oxunma vaxtı:35 Saniyə

Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Doğrusöztv.Az xəbər verir ki, Sərəncamda deyilir:

– Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, M.Ə.Rəsulzadə və Sulutəpə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,7 milyon (üç milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 133 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Alar Karisə təbrik məktubu göndərib. Doğrusöztv.Az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Karis, Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. […]