Ağcabədidə saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb

Oxunma vaxtı:37 Saniyə

“Ağcabədi rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə “Report”a Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.Araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə “COVID-19” əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.”Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir”, – prokurorluqdan bildirilib.

 14,195 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bir qrup Kəlbəcər sakini doğma şəhərində olub

Bir qrup Kəlbəcər sakininin doğma şəhərinə səfəri başa çatıb. “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərdə 25 yerli sakin iştirak edib.Belə ki, əvvəlcə kəlbəcərlilər rayonda “Tunel qətliamı”nın baş verdiyi ərazini ziyarət edib və gül dəstələri qoyublar.Daha sonra Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun məzarı ziyarət olunub.Eyni zamanda, sakinlər […]