Xəzər dənizinə lay suları axıdıldığına görə idarə rəisi cəzalandırılıb

Oxunma vaxtı:42 Saniyə

Azneft İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisindən Xəzər dənizinə lay sularının axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov “Report”a bildirib ki, mütəxəssislərimiz tərəfindən Azneft İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisində keçirilən monitorinq zamanı dənizin səthində neft ləkələrinin olduğu müşahidə edilib.O qeyd edib ki, lay sularının idarə olunması vəziyyətinin araşdırılması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və NQÇİ-nin mütəxəssislərindən ibarət yaradılan Qrup tərəfindən bütün texnoloji proseslərə baxış keçirilib: “Baxış zamanı müəssisədə formalaşan lay sularının düzgün idarə edilmədiyi, texnoloji proseslərdə nöqsanların olduğu müəyyən olunub. Texnoloji proseslər zamanı ekoloji tələblərə riayət olunmadığı üçün idarənin rəisi Cəfərov Balaəli 2500 manat məbləğində cərimə edilib.

Bütün sistemin yenidən yoxlanılması və lay sularının düzgün idarə olunması üçün idarəyə müvafiq tapşırıqlar verilib”.

 462 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vilayət Eyvazov üç rayona yeni polis rəisi TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub. Doğrusöztv.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, […]