Vilayət Eyvazov üç rayona yeni polis rəisi TƏYİN ETDİ

Oxunma vaxtı:23 Saniyə

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Doğrusöztv.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

 805 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qarabağ və Şərqi Zəngəzurda neçə kilometr yol inşa edilib? - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən (AAYDA) Qarabağda və Şərqi Zəngəzurda inşa edilən ümumi yolların həcmi 652,4 km-dən artıqdır.Bu barədə AAYDA məlumat verib. Agentlikdən verilən xəbərə görə, Zəfər yolu 101 km, Əhmədbəyli-Füzuli-Şuşa yolu 81,6 km, Toğanalı-Kəlbəcər-İstisu 80,7 km, Kəlbəcər-Laçın 72,3 km, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu 123,8 km, Talış-Tapqaraqoyunlu-Qaşaltı 22 km, Xudafənin-Qubadlı-Laçın […]