SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq edildi

Oxunma vaxtı:36 Saniyə

Avqustun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən

Doğrusöztv.Az –
a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 22-25° isti, gündüz 35-38° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

 826 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyənin milli müdafiə naziri: "Ermənistan Silahlı Qüvvələrinin təxribatlarını yaxından izləyirik"

“İşğaldan azad edilmiş Qarabağ torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması hallarını və bununla əlaqədar bütün hadisələri yaxından izləyirik”. Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Nazir Azərbaycan və Türkiyənin dövlət başçıları, habelə müdafiə nazirləri səviyyəsində sıx müzakirələrin aparıldığını qeyd edib: “Ölkə başçıları – Rəcəb Tayyib Ərdoğan və […]