DİN bazarlarda vətəndaşlardan COVİD-19 pasportu tələb olunması xəbərlərinə münasibət bildirib

Oxunma vaxtı:35 Saniyə

Bakıda bazarlara gedən vətəndaşlardan COVİD-19 pasportu tələb olunmasına dair iddialar yayılıb.

Doğrusöztv.Az “report”a istinadən xəbər verir ki, yayılan iddialara görə, “Sədərək” Ticarət Mərkəzi və “8-ci km bazarı” kimi tanınan bazarda polis əməkdaşları bazara daxil olan şəxslərin vaksinasiya olunub-olunmadığını yoxlayıblar.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Report”a açıqlamsında iddianın həqiqətə uyğun olmadığını bildirib:

“Əhalinin sıx olduğu bazarlarda vətəndaşlardan COVİD-19 pasportu tələb olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Vətəndaşlar sözügedən yerlərdə sosial məsafəyə əməl edərək və tibbi maskalardan istifadə etmək şərti ilə hərəkət edə bilərlər.

Bu normanın qorunması ilə bağlı xidmətə cəlb olunan polis naryadları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir”.

 706 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQİQƏ! Təhsil Nazirliyi açıqlama yaydı

Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb.Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsini bitirən və müvafiq təhsil sənədi (ümumi orta təhsil haqqında attestat, ümumi orta təhsil səviyyəsini xarici ölkədə bitirmiş şagirdlər üçün ümumi orta təhsil haqqında attestatın ekvivalenti hesab edilən təhsil […]