Oxunma vaxtı:1 Dəqiqə, 46 Saniyə

Yuxusuz gecələrdən sonra yatmaq istəyi normaldır. Bəs bütün günü, işdə və yolda yuxulu olmaq nəyin əlamətidir? Bəlkə bədənimiz hansısa siqnalı verir?

Doğrusöztv.Az gündüzlər yatmaq istəməyin 5 səbəbini təqdim edir. Çoxu səhhətinizlə bağlıdır.

1. Kaloriy və vitamin-mineral defisitiKaloriy çatışmazlğı o deməkdir ki, insan ya az yeyir, yediyindən çox kalori xərcləyir, ya da dieta saxlayır.Bu zaman qanda şəkər düşür, orqanizmin enerjisi tükənir, bədən yatmaq istəyir.Zəif qidalanma insanda vacib mineral və vitaminləri də azaldır. Xüsusən D vitamini, maqniy, kalsium, fol turşusu, C vitamini çatışmazlığı da enerjini tükədir. Orqanizm gücünü saxlamaq üçün yatmağa meyillənir.Qidanızı düzəldin, qoz, kərə yağı, sümük suyu, müxtəlif çərəzlər yeyin. İşdə mütləq atışdırmalıq qidalar yeyin.

2. Artıq çəki, piylənmə, oturaq həyat tərziFiziki aktivliyi az olan insan gündüz yorğunluq və yuxudan əziyyət çəkir. Artıq çəki və piy əzələ, ürək-damarı yükləyir, onlar ağır işləyir, tez yorulur.Nə etməli? Bacardıqca çox gəzin. İşdə bütün günü oturmayın. Yüngül gimnastika edin, arıqlayın

3. Davamlı və uzun müddətli stressStres, təşviş orqanizmə “vur və qaç” əmrini verir. Qanda adrenalin və kartizol çox sıçrayır, əzələlər yüklənir. Əsəb gərginliyindən bədən yorulur, beyin yatmaqdan başqa çıxış yolu görmür.Əlavə olaraq baş ağrısı, əzələ ağrısı da olur.

Mütləq əsəbləri müalicə etdirib, stresi götürən meditasiya, psixoloji texnikalar, məşqlər etməli, psixoterapevtlə işləməlisiz. Açıq havada çox olun.

4. Depressiya

Depressiyada olan insna yuxudan oyanmaq da istəmir, qalxıb harasa getmək də.
Depressiyada aylarla qalmaq olmaz. Mütləq psixiatra və psixoloqa müraciət edin. Əhvalı yaxşılaşdıran və beyini aktivləşdirən müalicələr var.

5. Xroniki yorğunluq sindromu

Belə bir diaqnoz var. İnsan illərlə istirahətsiz işləyir, evdən də, ailəsindən də, işindən də yorulur, artıq fiziki, zehni olaraq sönür.

Dünyada hər il 2 milyon insanda bu diaqnoz aşkarlanır. Xəstə çox həkimlər gəzir, amma konkret xəstəliyi tapılmır.

Nə etməli? Yorulduğunuz yerdən uzaqlaşmalı, azı 2 aylıq istirahət götürməli, ancaq yeyib içib yatib enerji toplamalı.

Eləcə də bəzi dərman vasitələrinin qəbulu, müalicələr, hormonal dərmanlar, şəkərli diabet, ürək çatışmazlığı. hamiləlik zamanı da insan bütün günü yatmaq istəyə bilər.

Bu zaman konkret olaraq fiziki narahatlıqlar da olur. İnsan işləmək istəyir, amma bədəni müxtəlif siqnallar verərək bunu istəmir. Şəkərli diabet, zob və ürək xəstəliyini diaqnoz etmək çətin deyil, ilk öncə bunlardan başlayın. /medicina.az

 646 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Diaspor nümayəndələri bu gün Şuşada bir sıra yerləri ziyarət edəcəklər

Azərbaycanın diaspor nümayəndələri Şuşaya yola düşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) “Report”a verilən məlumata görə, bu gün Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrupun Şuşa şəhərinə səfərini təşkil edib.“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı […]