Gəncədə küçə və prospektlər dezinfeksiya olunub (FOTO)

Oxunma vaxtı:48 Saniyə

Gəncədə ümumşəhər iməcliyi keçirilib, küçə və prospektlərdə dezinfeksiya işləri aparılıb.

Trend-in məlumatına görə, səhər saatlarından başlayaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə Gəncənin əsas küçə və prospektləri xusisi dezinfeksiyaedici məhlulla yuyulublar. Buna paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə dezinfeksiya işləri görülüb. Çoxmənzilli yaşayış binalarının ətrafında, həyət, giriş qəfəsləri və liftlərində də tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

COVİD-19 virusunun geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

Bu gün eyni zamanda Gəncədə ümumşəhər iməcliyi keçirilib. İməclik şəhərin giriş-çıxışlarındakı, mərkəzi küçə və prospektlərindəki yaşıllıq zolaqlarında, habelə park və xiyabanlarında təşkil edilib.

Səhər saatlarında baş tutan iməclik zamanı sözügedən ərazilərdəki qurumuş otlar biçilib, ağacların dibləri bellənərək, suvarılıblar. Bundan başqa ərazi xəzəllərdən, kağız, sellofan torba və plastik butulka kimi məişət tullantılarından təmizlənib.

Qeyd edək ki, ümumşəhər iməcliyində Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, habelə tələbə və gənclər aktiv iştirak ediblər.

Gəncədə küçə və prospektlər dezinfeksiya olunub (FOTO) - Gallery Image

 667 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Saxta vaksin sertifikatı alanlar ciddi təhlükə mənbəyidir - Nazirlikdən xəbərdarlıq

Saxta vaksin sertifikatı alanlar hər birimizin sağlamlığı üçün ciddi təhlükə yaradır. Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.O bildirib ki, Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Amma təəssüf ki, son vaxtlar saxta peyvənd […]