Bu universitetlərin Bakıdakı filiallarının diplomları tanınmır – SİYAHI

Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb.

Doğrusöztv.Az bildirir ki, Agentlikdən verilən məlumata görə, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:

1. Dağıstan Dövlət Universiteti

2. Cənubi Rusiya Humanitar İnstitutu

3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu

4. Rusiya Dövlət Sosial Universiteti

5. Moskva Dövlət Açıq Universiteti

6. Regionlararası Heyətin İdarəolunması Akademiyası

7. Müasir Humanitar Akademiya

8. “YUJDAQ” İnstitutu

9. Dnepropetrovsk Milli Universiteti

10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)

11. Anadolu Universiteti

Diqqətinizə çatdıraq ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:

1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il – 01.09.2010-cu illər ərzində);

2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

Twitter: @ElchinMehdiyev

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Məhərrəm ayı koronavirus ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək - QMİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət edib. Doğrusöztv.Az-ın məlumatına görə, müraciətdə deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci […]