Tokio 2020: Azərbaycan karateçisi ikinci oldu

Oxunma vaxtı:26 Saniyə

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Doğrusöztv.Az -ın məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.

Beləliklə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalları ölkəmizin aktivinə Hacı Əliyev, karateçilər Rafael Ağayev və İrina Zaretska, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və güləşçi Mariya Stadnik yazdırıblar.

 507 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanın İranda yeni səfiri təyin olunub - SƏRƏNCAM

Prezident İlham Əliyev Ə.F.Əlizadənin Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az -ın məlumatına görə, sərəncama əsasən Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyevin digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə eyni […]