Azərbaycan Tokio-2020-də ikinci medalını qazandı

Oxunma vaxtı:38 Saniyə

01 avqust 2021 14:12 (UTC +04:00)Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.

Doğrusöztv.Az Milli.Az -a istinadla bildirir ki, Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Olimpiya və dünya çempionu Arlen Lopeslə üz-üzə gəlib.

İlk görüşdə özbəkistanlı Dilşotbek Ruzmetovu, ardınca türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə məğlubiyyətə üzülüb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes rəqibinə 0:5 (28:29, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub.

Nəticədə Alfonso Tokio-2020 Yay Olimpiya Oyunlarını bürünc medalını rəsmiləşdirib. Bu, Azərbaycan millisinin Yaponiyanın paytaxtında ikinci mükafatı olub. Onadək cüdoçu İrina Kindzerska (+78 kq) da Olimpiadanı 3-cü yerdə bitirib.

Qeyd edək ki, Tokioya 44 idmançı ilə yollanan millimizin heyətində artıq 26 atlet çıxışını bitirib.

 406 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Müdafiə naziri Ermənistanın təxribatına hazır olmağı və qarşısının dərhal alınmasını əmr edib

Avqustun 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, […]