Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli Bakı bəyannaməsi imzalanıb

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli iclasının yekunu olaraq Bakı bəyannaməsi imzalanıb.

Doğrusöztv.Az-ın məlumatına görə, bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Qeyd edək ki, bəyannamədə parlamentlərarası dialoqu, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, ümumi maraq doğuran regional və qlobal məsələlər üzərində birgə işləmək və beynəlxalq parlament təşkilatlarında üç qardaş ölkənin ortaq mövqe müəyyənləşdirmək niyyətinin, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin ifadə olunması əksini tapıb.

 243 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO/VİDEO)

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi Şuşaya səfər təşkil edib. Trend-in Qarabağ bürosu xəbər verir ki, Azərbaycanda olan diaspor nümayəndələri artıq Şuşaya çatıb. Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, […]