Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir

Oxunma vaxtı:21 Saniyə

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.

Doğrusöztv.Az-ın məlumatına görə, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə “Bakı Bəyannaməsi” imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

 441 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyevin qələbə və inkişafa hədəflənmiş xarici siyasəti - TƏHLİL

Azərbaycan dövlətinin əsasını təşkil edən tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir. Prezident İlham Əliyev tərəfindən uğurla əlaqəndirilmiş, Azərbaycanın həyata keçirdiyi xarici siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulub. Azərbaycanın son 10 ildə keçdiyi inşikaf yolu, seçilən düzgün kurs dövlətin bu gün müstəqil siyasət […]