Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub – MN

Oxunma vaxtı:17 Saniyə

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

 282 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir. Doğrusöztv.Az-ın məlumatına görə, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə “Bakı Bəyannaməsi” imzalanacaq. Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. İyulun […]