Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)

Oxunma vaxtı:45 Saniyə

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocavənd rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli iki yeni hərbi hissə istifadəyə verilib.

Qeyd edək ki, komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Hərbi birlik komandiri general-mayor Mais Bərxudarov yeni hərbi hissələrin açılışı və Qurban bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə

davam edir.

Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO) - Gallery Thumbnail

 404 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Rusiya regionda sülhə və Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir - Naqif Həmzəyev

Prezident İlham Əliyevin Rusiyaya səfəri sübut etdi ki, Rusiyanın mövqeyi dəyişməyib, Azərbaycanla ikitərəfli əlaqələri davam etdirməkdə maraqlıdır. Rusiya dövlətimizin ərazi bütövlüyünə hörmətlə yanaşır, Şimal qonşumuz Ermənistanın bu məsələdə düzgün mövqe tutmasına təsir göstərəcək. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar […]