Azərbaycanın regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyi qətiyyətlidir

Oxunma vaxtı:2 Dəqiqə, 9 Saniyə
Trend Logo Cut

 AZ 

Azərbaycanın regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyi qətiyyətlidir

SİYASƏT20 İyul 2021 16:02 (UTC+04:00)

Azərbaycanın regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyi qətiyyətlidir

Bakı. Elçin Mehdiyev – Trend:

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında bir çox mühüm məqamlara aydınlıq gətirildi. Cənab Prezident İlham Əliyev mətbuat konfransında bir daha Azərbaycan həqiqətlərini bütün dünyanın diqqətinə çatdıraraq Azərbaycan dövlətinin haqlı mövqeyini qətiyyətlə bəyan etdi. Münaqişənin bitdiyi və artıq səhifəni çevirməyin, sülh barədə düşünməyin vaxtının olmasının cənab Prezident tərəfindən qeyd edilməsi bir daha sübut edir ki, Azərbaycan hər zaman sülhə hazırdır.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycanın 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılmasında maraqlı olması da məhz deyilənlərə əyani sübutdur: “Kommunikasiyaların açılması bütövlükdə regionun inkişafına müsbət təsir edəcək ki, Ermənistanın da xilası bundan asılıdır. Çünki, Ermənistanın uzun illər işğalçılıq mövqeyi tutması bu ölkəni regionda reallaşdırılan layihələrdən təcrid edib və dalana çevirib. Lakin Ermənistan hələ də işğalçılıq ritorikasından əl çəkmək istəmir, baxmayaraq ki, bu ölkənin heç bir halda proseslərə mane olmaq potensialı qalmayıb.

Ermənistanın yeganə çıxış yolu işğalçılıq mövqeyindən çəkilmək, Azərbaycanla sülh sazişi imzalamaqdır. Avropa İttifaqı imkanlarından istifadə etməklə Ermənistanı sülh danışıqlarına sövq, hətta məcbur etməlidir ki, bu ölkə regionda təhlükəsizliyə təhdid rolunda çıxış edə bilməsin. Regionda təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının da maraqlarına xidmət edir ki, Cənubi Qafqazda əsas tərəfdaşı olan Azərbaycan məcburən münqişəyə cəlb edilməz, gələcək münasibətlərin inkişafı üçün maneələr yaranmaz”.

C.Osmanov vurğulayıb ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin qovşağında yerləşir və Zəngəzur dəhlizinin açlışması beynəlxalq daşımalar sahəsində xüsusi rol oyanaya, eyni zamanda regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə müsbət təsir edə bilər: “Zəngəzur dəhlizinin açılmasının Ermənistan üçün də sərfəli olmasına baxmayaraq, bu ölkədə hər cəhdlə layihəni yubatmağa çalışırlar. Baxmayaraq ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını yubatmaq cəhdləri uğursuzdur və heç bir nəticə verməyəcək. Ermənistan 30 ilə yaxın bir dönəmdə Azərbaycan torpaqlarını işğalda saxlamış, işğal dövründə torpaqlarımızda hər cür vandallıqlar törətmiş ölkədir. Hətta Ermənistan Azərbaycanın meşə massivlərini qəsdən məhv etmiş, göl və çaylarını bilərəkdən çirkləndirmiş, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmuş, eyni zamanda bu işlərə xarici şirkətləri də cəlb etməyə çalışmışdır.

Çox təəssüf ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam edir. Avropa İttifaqı, eləcə də digər beynəlxalq təşkilatlar bu və digər məsələlərə görə Ermənistana mütləq təsir etməli, bu ölkəni işğalçılıq, terrorçuluq mövqeyindən çəkilməyə məcbur etməlidirlər. Ermənistanın bu mövqeyi bir Azərbaycan üçün deyil, region eyni zamanda və bütün dünya üçün təhlükədir. Hər halda, Ermənistan 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycanın “dəmir yumruğunun” təsirini və gücünü də unutmamalıdır”.

Azərbaycanın regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyi qətiyyətlidir - Gallery Image

 271 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Qurban bayramı Şuşa şəhərində təntənə ilə qeyd olunub (FOTO/VİDEO)

Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Bayram tədbirində çıxış […]