Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəməlidir

Oxunma vaxtı:1 Dəqiqə, 7 Saniyə

“Ermənistanın 30 il ərzində vurduğu zərərə görə Azərbaycana ödəyəcəyi təzminat məsələsi beynəlxalq qanunvericiliyin aktları ilə tənzimlənəcək”.

Doğrusöztv.Az bildirir ki, bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Ermənistan bundan sonra heç bir şeyə nail ola bilməyəcək:

“Azərbaycan və Ermənistan rəsmi olaraq müharibə şəraitində deyildilər. Çünki Ermənistan bizə müharibə elan etməmişdi, amma əslində təcavüz etmişdi. Azərbaycan torpaqlarına qoşunlar yeridilmişdi, burada qətliamlar, dağıntılar baş verib. Bütün bu proseslərin hamısının xronikası rəsmiləşdirilib, qeydiyyatdan keçib. Odur ki, Ermənistan çalışsa da ki, burada oyunbazlıq etsin, dünya institutlarının fikrini yayındırsın, heç bir şeyə nail ola bilməyəcək. Çünki bu məsələlərin hamısında Azərbaycanın prinsipial yanaşması var və ilk növbədə biz Ermənistana bildirmişdik ki, əgər sülh danışıqlarından yayınsanız, biz əks hücum tətbiq etməklə sizi məğlub edəcəyik. Bu, baş verdi (44 günlük müharibə – red). Amma bütün bu prosesin günahkarı Ermənistandır. Çünki onun əsassız ərazi iddiaları gətirib elə bir vəziyyət yaratdı ki, onlar ilk növbədə silaha əl atdılar, sonra bizə hücum etdilər və nəticədə 30 il sürən bu qarşıdurma əsnasında biz dünya birliyini məlumatlandırdıq ki, hüquq, ədalət bizim tərəfimizdədir və biz beynəlxalq qanunvericiliyin bütün normalarını qüvvəyə mindirməkdən ötrü lazımı tədbirləri görəcərik, bunu da etdik. Bundan sonra Ermənistan gərək düşünsün və hazır olsun ki, Ermənistanın müharibənin nəticələrindən irəli gələn vəzifələri var. Onlar gərək Azərbaycana vurduqları zərər-ziyanın təzminatını ödəsinlər və Azərbaycandan üzr istəsinlər”.

 289 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini göstərdi - QURUM RƏHBƏRİ MÜNASİBƏT BİLDİRDİ

“Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. Bu zaman […]