Müdafiə Nazirliyi təltif olunan hərbçilərə medalların təqdim edilməməsinə aydınlıq gətirdi

Oxunma vaxtı:47 Saniyə

İyulun 6-sı Müdafiə Nazirliyinə gəlmiş şəhid valideynləri və bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüşdə müvafiq sərəncamlarla təltif olunların medalların təqdim olunmaması məsələsi sorğu edilib.

Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, onların hər biri Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir neçə medalla təltif olunub.

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması prosesinə başlanılıb. Bu günədək Azərbaycan Ordusu üzrə 160 000 medaldan yalnız 13 300 medal aidiyyəti üzrə təqdim olunub. Qeyd edək ki, təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq.

Şəhid ailələri və qazilər dövlətin daim diqqət mərkəzindədir. Müdafiə Nazirliyi və hərbi hissələrin nümayəndələri tərəfindən bu kateqoriyadan olan ailələr mütəmadi ziyarət olunur, onların qayğıları və problemləri ilə maraqlanılır. Əlavə məsələlərlə bağlı müraciət edənlər isə Nazirliyin rəsmiləri tərəfindən qəbul olunur və qaldırdıqları problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

 315 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə […]