Bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq – Türkiyə Prezidenti

Oxunma vaxtı:50 Saniyə

Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olmaqdan şadam. Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq.

Doğrusöztv.Az -ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

R.Ərdoğan bildirib ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin 30 ilinin ən önəmili hadisəsidir.

Türkiyə Prezdenti qeyd edib ki, azərbaycanlı qardaşlarım 30 il öz doğma yurdlarından məcburi köçkün oldular: “30 il sonra bu torpaqlar öz sahiblərinə qovuşdu. Bu zəfəri və barışı Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm. Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Türkiyə həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb. Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdisə, biz də bu gün və gələcədə bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”.

 882 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Yeni bir Qarabağ ərsəyə gətirəcəyik - Ərdoğan

Biz işğaldan azad olunan əraziləri yenidən inşa edərək yeni bir Qarabağ ərsəyə gətirəcəyik. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını 30 il məhv edənləri görməyənlər, Azərbaycanın azadlıq mücadiləsini əngəlləmək üçün səfərbər […]