Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar

Oxunma vaxtı:35 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verildi.Bildirildi ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.Diqqətə çatdırıldı ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.Sonda “Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirildi.

 343 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib (VİDEO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçirilib. Doğrusöztv.Az-ın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib.  344 total views