Avropa İttifaqı Azərbaycanın mina xəritələri müqabilində saxlanılan erməniləri geri qaytarmasını alqışlayır – Ali Nümayəndə

Oxunma vaxtı:45 Saniyə

Avropa ittifaqı Ermənistanın və Azərbaycanın Gürcüstanın köməyi ilə həbsdə olan 15 erməni əsirinin Azərbaycan tərəfindən geri qaytarılmasını və Ağdam rayonunun mina xəritələrinin Ermənistan tərəfindən verilməsi addımlarını alqışlayır.

Doğrusöztv.Az – ın məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin açıqlamasında bildirilib.

Onun sözlərinə görə, bunlar Bakı və Yerevan tərəfindən mühüm humanitar addımlar və etimad yaradan jestlərdir. J.Borrel bildirib ki, Aİ ümid edir ki, bu da tərəflər arasında gələcək əməkdaşlığa və daha çox mülki insanlar arasında itkilərin qarşısını almaq üçün minalanmış ərazilərin mövcud xəritələrinin yekun verilməsinə yol açacaqdır:

“Avropa İttifaqı və digər beynəlxalq iştirakçılar bu istiqamətdə atılan addımları fəal şəkildə təşviq edir və bu məsələdə iştirak edən ölkələr arasında daha da əməkdaşlıq etməyə çağırırıq”.

Ai-nin yüksək nümayəndəsi bildirib ki, Avropa İttifaqı mümkün olduğu təqdirdə sabitləşmə, münaqişədən sonrakı bərpa işləri və etimadın artırılması tədbirlərini dəstəkləyərək münaqişənin davamlı və hərtərəfli həllini təşviq etməyə davam edəcək.

 349 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Doğrusöztv.Az xəbər verir ki, dövlətimizin başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verildi.  350 total views