Bu gün Bakı AVRO-2020-nin oyununu qəbul edir

Oxunma vaxtı:32 Saniyə

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ilk qarşılaşma baş tutacaq.

Doğrusöztv.Az -ın məlumatına görə, saat 17:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən İsveçrə və Uels milliləri üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu bugünkü oyunla yanaşı, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

 401 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident Ermənstana xəbərdarlıq edib: "Əgər Ermənistan müharibə istəyirsə..."

“Əfsuslar olsun ki, bizim Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Bizim Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik”. Doğrusöztv.Az -ın xəbərinə görə, bunu Prezident İlham […]