Erməni terrorçularının digər xalqlara qarşı cinayətləri saysızdır – Deputat

Oxunma vaxtı:1 Dəqiqə, 16 Saniyə

Qambiyadan olan Yusuf adlı gəncin Fransada insanların gözü qarşısında erməni terrorçuları tərəfindən qətlə yetirilməsi erməni təbliğat maşınının qurbanı və növbəti cinayətidir.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, uzun illərdən bəri ermənilərin bu cür cinayətləri saysızdır: “Ancaq son zamanlar istər Fransada olan bu hadisə, istər ondan öncə Soçidə 2 məhkəmə icraçısını qətlə yetirmələri bir daha onu göstərir ki, emənilər hər zaman maska geyinərək beynəlxalq ictimaiyyət qarşısınıda özlərini yazıq xalq kimi tanıdırlar, ancaq fürsət düşən zaman onların iç üzü açılır və içlərində gəzdirdikləri xislətlərini ortaya qoyurlar.

Ermənilərin təbliğat-ideologiya mərkləzləri xalqı digər xalqlara nifrət içində tərbiyə edirlər və bu xalq artıq psixoloji cəhətdən rasizmin təsiri altına düşüb. Bunların düşmənçiliyi yalnız Azərbaycan və Türkiyəyə qarşı deyil, onların nifrəti nə sərhəd tanıyır, nə ölkə tanıyır. Əlbəttə ki, bu, çox acınacaqlı haldır və ermənilərin bu cür qətllər törədəcəyi gözləniləndir, çünki bu xalqın içində digər xalqlara, irqlərə qarşı nifrət hissi var. Ona görə də Ermənistan monoetnik dövlətdir və orada digər xalqların nümayəndələri yaşamırlar”.

Deputat əlavə edib ki, prezident Makronun ermənilərə olan isti münsibəti, onların hər zaman dəstəklənməsi nəticəsində ermənilər bu ölkədə özlərini daha imtiyazlı, daha güzəştli bir xalq kimi hiss edirlər və Makrona arxalanaraq bu cür cinayət törədirlər: “Əlbəttə ki, bu, heç də Fransa dövləti üçün yaxşı amil deyil. Baxın, indi Fransada minlərlə afrikalı küçələrə axışaraq qatillərin cəzalandırılması üçün Fransadan ədalət tələb edir. Yəni ermənilərin törətdiyi cinayətin cavabını Fransa dövləti verməlidir. Əgər Fransa rəhbərliyi erməni təəssübkeşliyini bundan sonra da davam edirəcəksə, ölkəsini daha ciddi problemlərlə qarşı-qarşıya qoyacaq”.

 450 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Fransa erməni təəssübkeşliyinin acı nəticələri ilə üz-üzədir

Fransada ermənilərin küçədə qrup şəklində Qambiyadan olan Yusuf adlı qaradərilini döyərək qətlə yetirmələri ermənilərin digər millətlərə, irqlərə nifrətlə yanaşmasının daha bir göstəricisidir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib. Deputat bildirib ki, bu faciəvi hadisə eyni zamanda erməni rasizminin təzahürüdür: “Bu, ermənilərin digər millətlərə qarşı törətdiyi […]