Laçın rayonunda erməni diversant tutuldu

Oxunma vaxtı:24 Saniyə

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.

İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.

 474 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azad edilmiş ərazilərdə bərpa və quruculuq növbəti illərin büdcəsində də prioritet olacaq - Nazir

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdclərinin də prioritet məsələsi olacaq. Doğrusöztv.Az – ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deputatların 2020-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman səsləndirdiyi təkliflərə münasibət bildirərkən deyib. S.Şərifov qeyd edib ki, deputatların […]