Azad edilmiş ərazilərdə bərpa və quruculuq növbəti illərin büdcəsində də prioritet olacaq – Nazir

Oxunma vaxtı:39 Saniyə

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdclərinin də prioritet məsələsi olacaq.

Doğrusöztv.Az – ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deputatların 2020-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman səsləndirdiyi təkliflərə münasibət bildirərkən deyib.

S.Şərifov qeyd edib ki, deputatların səsləndirdiyi yeni təkliflər bir çox hallarda müəyyən problemlərin həlli üçün əlavə vəsaitlərin ayrılması ilə bağlı olur: “Əlavə vəsaitlərin ayrılması dövlət büdcəsinin real imkanları əsasında baş verir. Bununla yanaşı sosial müdafiə, milli müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı xərclər ön plana çəkilir. Növbət illərdə də bu yanaşma tətbiq olunacaq. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdclərinin də prioriet məsələsi olacaq. Millət vəkillərinin sorğuları da diqqət mərkəzindədir və müvafiq cavablar verilir”.

 532 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Müharibə əlillərinə yeni güzəştlər tətbiq olunacaq

Müharibə əlillərinə yeni güzəştlər tətbiq olunacaq. Doğrusöztv.Az – ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Təklif edilən dəyişikliyə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir […]