İsveçrə Azərbaycanda iqtisadi layihələri üçün 12 milyon dollar ayıracaq

Oxunma vaxtı:32 Saniyə

İsveçrə Cənubi Qafqaz üçün 2022-2025-ci illər üzrə regional əməkdaşlıq strategiyası hazırlayır.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyindən (SECO) bildiriblər.

Qeyd olunur ki, bu layihə çərçivəsində SECO Azərbaycanda iqtisadi əməkdaşlıq layihələri üçün 12 milyon dollar vəsait ayırmağı planlaşdırır:

“SECO Azərbaycanda Dünya Bankı qrupunun Beynəlxalq Maliyyə Korporasiyaı tərəfindən reallaşdırılan aqrar biznesin rəqabətqabiliyyətliliyi və investisiya mühiti lahiyəsinə maliyyə dəstəyi göstərir. Bu layihə Azərbaycan hökumətini iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin yüksəldilməsini dəstəkləyir.

Layihə keyfiyyətli toxumlara çıxış imkanını genişləndirir, aqrar biznes sahəsində dəyər yaratma zəncirinin tənzimlənməsinin optimallaşdırılmasını təmin edir və kənd təsərrüfatı müəssisələri üçün aqrar-maliyyə alətlərinə, kredit və digər məhsullara çıxış imkanlarını artırır”.

 264 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Sərhədlərin açılacağı ilə bağlı xəbərlərə rəsmi AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb. Doğrusöztv.Az bildirir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi […]