Ədalətli Qızıl Nişanəli Prokuror

Oxunma vaxtı:9 Dəqiqə, 13 Saniyə

Həyat mənbəyi olan su öz keyfiyyətlərini sızıb keçdiyi torpaqdan götürdüyü kimi, insan da yaxşı və pis cəhətlərini doğulduğu diyardan götürür. Bu oçerkimizin qəhrəmanı da sözsüz ki, öz gözəl keyfiyyətlərinin çoxunu dünyaya göz açdığı “Cənub mirvarisi” Lənkərandan götürmüşdür.

Övladı olduğu valideynlərindən, mənsubu olduğu nəcabətli nəsildən əxz etdiyi irsi xüsusiyyətlər də öz yerində. Amma əlbəttə ki, malik olduğu fəzil məziyyətlər ona Ulu Yaradan tərəfindən bəxş olunmuşdur. Öz növbəsində də o da üstün cəhətlərini illər boyu cilalayaraq inkişaf etdirmiş, təkmilləşdirərək yetkinliyin yüksək zirvəsini fəth etmişdir. Bu, özünü zövqünün incəliyində, ağlının itiliyində, mühakimələrinin tutarlılığında, arzu və diləklərinin təmizliyində büruzə verir.Məmməd Ağalar oğlu Əliyev -1964-cü ildə anadan olmuşdur. 8 yaşında ikən Ulu Öndər Heydər Əliyevlə görüşmüşdür. Həmin vaxt Ulu Öndər onun adını soruşanda o “Mamed” deyə cavab vermiş, dahi Lider isə “Sənin adın Məhəmməddir” deyə onun başına qayğıkeş sığal çəkmişdir. İki ali təhsili vardır. Azərbaycan Respublikasında mühəndis, Rusiya Federasiyasında hüquqşünas təhsili alımışdır. SSRİ dövründə Moldaviyada, Krasnoyarskidə, Abakanda daxili qoşun hissələrində xidmətdə olmuş, 250 silahlı döyüş tapşırığı yerinə yetirərək komandanlıq tərəfindən iki dəfə Fəxri fərmana layiq görülmüşdür. O dövrdə ordu sıralarında Sovet İttifaqı Kommunist Partiyasına namizədliyə, 1985-1986-cı illərdə İnşaaat Mühəndisləri İnstitutunda partiya sıralarına üzvlüyə qəbul edilmişdir.1988-1993-cü illərdə Azərbaycan xalq hərəkatına qoşulmuş, 1992-1993-cü illərdə yenicə formalaşan Yeni Azərbaycan Partiyasının öncüllərindən olmuş və Xətai rayonu üzrə YAP-ın ilk təftiş komissiyasının sədri seçilmişdir. Ziya Bünyadov, Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Rafiq Qasımov, Ramiz Mirzəyev, İbrahim Mehdiyev, Kərim Ağayev, Turan Əliyev, Vüqar Rəhimzadə, Akif Qəmbərov kimi ziyalılarla birgə çiyin-çiyinə YAP-nın formalaşmasında əvəzolunmaz xidmətlər göstərmişdir.1993-cü il fevral ayının 24-də, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməzdən öncə, təlatümlü vaxtlarda böyük övladına Heydər adını vermiş, Heydər Əliyevin 70 illiyi ilə bağlı “Səs” qəzetində “Hər iki Heydər yüz yaşasın” sərlövhəli məqalə ilə çıxış etmişdir. Buna görə o dövrün qaraguruhunun təzyiqlərinə məruz qalsa da heç nədən çəkinməmiş, hətta 1993-1994-cü illərdə böyük dövlət xadimlərimizdən Murtuz Ələsgərova ağır bədən xəsarəti yetirməklə, yaşadıqları evlərinin qarşısında xüsusi amansızlıqla Əjdər Xanbabayevi, Afiyəddin Cəlilovu, Şəmsi Rəhimovu qətlə yetirdikləri illərdə ölümdən belə qorxmamış əqidəsindən dönməmişdir. O dövrdə üzdəniraq hakimiyyət nümayəndələrinin qoçuları Məmməd Əliyevi dəfələrlə ölümlə hədələsələr də, o, bu yoldan dönmədiyini kəskin şəkildə bildirəndən sonra onu izləmiş, ölümlə təhdid etmişlər. 1993-cü il iyun ayının 9-da onu Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısından əlisilahlılar təhqiramiz formada “BMW” markalı maşına əyləşdirmiş, daha ciddi cəzalandırmaq üçün Bakı Zooloji Parkının yaxınlığında olan “Çinar” restoranı istiqamətinə aparmış, Heydər Əliyevə dönük çıxmasını, çap etdirdiyi məqaləyə təkzib verməsini, övladına verdiyi Heydər adından imtina etməsini tələb etmişlər. Məmməd Əliyev bu tələblərə məhəl qoymadıqda, 12 may 1993-cü il tarixli, “Səs” qəzetinin 107-ci nömrəsində, Ulu Öndər Heydər Əliyevin 70 illik yubileyi ilə bağlı çap olunmuş “Hər iki Heydər yüz yaşasın” məqaləsi olan qəzeti məcburən Məmməd Əliyevə yedirtməyə cəhd etmiş, bununla da ürəkləri soyumamış, “Çinar” restoranının yaxınlığında olan heyvanxanadakı vəhşi canavarla təkbətək bir qəfəsə salaraq həyatına son qoymağa cəhd etmişlər.Məmməd Əliyev 20 Yanvar faciəsinin canlı şahididir. Qətliam ərəfəsində baş verən hadisələri belə xatırlayır: “25 yaşım var idi. Yataqxanada qalırdıq. Təhsil aldığım universitetdə sapı özümüzdən olan baltalar biz vətənpərvər və o dövrün olduqca aktiv olan biz gənclərini, tələbələrini akt zallarına toplayıb erməni vandalizminə, sovet hakimiyyətinin Azərbaycana, azərbaycanlılara biganə yanaşmasına etiraz etmək üçün təşkil olunan aksiyalara qatılmamağa, azadlıq fikirlərimizdən bizi daşındırmağa cəhd edirdilər.

Keçmiş Oktyabr Rayon Partiya Komitəsi tərəfindən (indiki Yasamal) ali məktəbdən qovulacağımız barədə təhdidlər alırdıq, bizi hədələyirdilər, hüquq-mühafizə orqanları tərəfindən mütəmadi sorğu suallara tutulurduq. Amma bu cəhdlər əbəs idi, bizi yolumuzdan döndərən bir səbəb belə yox idi. Ermənilərin Qarabağda başladıqları mitinqlər Vətənimizin bu dilbər guşəsini Azərbaycandan qoparmağa hesablanmışdı. Biz gənclər, Vətənini sevən insanlar bunu anlayırdıq, amma o vaxt hakimiyyətdə olan səriştəsiz, Moskvanın əmri ilə oturub-duran, xalqını düşünmək belə istəməyən yaltaq rəhbərlər bunu görmək istəmirdilər. Xalqın başında liderinin olmaması 20 Yanvar qətliamının baş verməsinə səbəb oldu. Bəli, belə faciələr yalnız lideri olmayan millətin başına gələ bilərdi. Mən SSRİ-nin Daxili Qoşunlarında iki il hərbi xidmətdə olmuşam. Anlayırdım ki, işıqsaçan güllələr nə deməkdir. Qətlyam baş verən o qanlı gecə küçələrdə dəhşət yaşanırdı. İşıqsaçan güllələr Bakı səmasında sanki yağışı xatırladırdı, şəhər güllələrin ağuşunda idi! Nə baş verdiyini anlaya bilmirdik. Məlum oldu ki, SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən xalqımıza qarşı hazırlanmış “UDAR” əməliyyatı keçirilir. Dəhşətli bir gecə yaşadıq. Səhəri gün Şeyx Həzrətlərinin Azadlıq meydanında xalqa müraciətindən sonra sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilmiş xalqımızın qəhrəman oğul və qızları – şəhidlərimiz dəfn olunmaq üçün “Azadlıq” meydanından ardıcıl olaraq indi şəhidlərin dəfn olunduğu məkana aparıldılar. Şəhidlərimizin qəbirlərini qazan, onları dəfn edən yüzlərlə insanın içində mən də var idim. Göz yaşlarımı saxlaya bilmirdim.

Allah şəhidlərimizə rəhmət eləsin”.1993-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə qəbul olmuş, 7 il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında işləmiş, 24.10.2000-ci il tarixdə möhtərəm Prezident cənab İlham Əliyevin İƏ.-34 saylı imzaladığı “Zəmanət məktubu” ilə 36 yaşında, ARDNŞ-nin 10-cu dərəcəli hüquqşünas vəzifəsindən müstəsna halda birbaşa Baş Prokurorluğun mərkəzi aparatında şöbə prokuroru vəzifəsinə təyin edilərək II dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. Rəhbərlik tərəfindən üç dəfə növbədənkənar xüsusi rütbə ilə təltif edilmiş, iki dəfə “Təşəkkürnamə” almışdır.2005-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Konstitusiya Günü münasibətilə Azərbaycan Ədəbiyyat Fondunun “Şərəf mükafatına layiq görülmüşdür. “Əmək, əmək haqqının səmərəli təşkilinin hüquqi təminatının təkmilləşdirilməsinin nəzəri metodoloji prinsipləri” adlı namizədlik dissertasiyasını bitirmişdir. Dövrü mətbuatda onlarla elmi məqalələri, Ulu Öndərimiz Heydər Əliyev və cənab Prezidentimiz İlham Əliyevlə bağlı “Respublika”, “Azərbaycan”, “Korrupsiya və Qanun”, İki sahil”, “Səs”, “Qanun naminə”, “Xəzərdən dünyaya”, XXI əsr”, “Sportman Baku”, “Əbədi yol”, “Həyat”, “Zəfər qalası”, “Kafkas news” və bir çox saysız-hesabsız qəzet və jurnallarda məqalələri çap olunmuşdur.”Azərbaycan Prokurorluğu”, “Hüquqi dövlət və Qanun”, “Elmi əsərlər” və “Hüquq problemləri”, “Sports MAN” elmi-kütləvi jurnallarında Məmməd müəllimin elmi məqalələri çap olunmuşdur. Bir çox dövlət tədbirlərində geniş məzmunlu çıxışları ilə dövlətimizin inkişafı və tərəqqisi yolunda televiziya kanallarindakı qürurverici müsahibələri ilə həmişə diqqət mərkəzindədir. “Dövlət İdarəçiliyi” jurnalının 2012-ci il, No: 2(38) sayının “Siyasət” bölümündə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 10 illik Prezidentlik fəaliyyəti ilə bağlı Məmməd Əliyevin “Xalqımız və Dövlətimiz üçün uğurlu 10 il: Milli intibahın şərəfli mərhələsi” adlı məqaləsində Yeni Azərbaycanımızın inkişaf zirvəsini ğeniş çalarlarla mükəmməl göstərərək seçilən bir əsər yazmışdır. İşlədiyi 20 il ərzində Prezidentimiz cənab İlham Əliyevin tələbinə uyğun olaraq korrupsiya və rüşvətdən uzaq olmaqla bərabər, bu neqativ hallara qarşı amansız mübarizə aparmaqdadır.Dəfələrlə televiziya ekranlarında, sosial mediada çıxışlarına görə ictimaiyyət tərəfindən qətiyyətli mövqeyi olan ziyalı, prinsipial prokuror kimi tanınmışdır.Hazırda Bakı şəhər Prokurorluğunda şöbə prokuroru, ədliyyə müşaviridir.

Prokuror vəzifəsində işlədiyi illər ərzində Məmməd Əliyev barədə peşəkar iş təcrübəsinə görə geniş ictimaiyyət tərəfindən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə, Baş prokurora, Bakı səhər prokuroruna dəfələrlə minnətdarlıq teleqramları göndərilmişdir. Hətta Rusiyada yaşayan həmvətənlərimizin yerli hüquq-mühafizə, cinayət təqibi orqanları tərəfindən haqsız incidildikləri vaxt öz əlaqələrindən istifadə edərək məsələnin müsbət həllinə nail olduğu üçün diaspor təşkilatları rəhbərləri də prokuror Məmməd Əliyevə öz təşəkkürlərini bildiriblər.2019-cu ildə Bakı Karate-do Akademiyasının Fəxri Prezidenti seçilmişdir. Dövlətimizin rəsmi qurumları tərəfindən generallar − Səməd bəy Mehmandarov və Həzi Aslanov adına təsis edilmiş qızıl medallarla mükafatlandırılmışdır.10 may 2013 cu il tarixdə Miniatür kitab muzeyinin qurucusu və rəhbəri Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təqdimatı əsasında Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Məmməd Əliyev üzərində Heydər Əliyevin əksi həkk olunmuş qızıl “Nişanə” ılə mükafatlandırılmışdır.

Məmməd Əliyev üç oğul atasıdır. Övladlarının üçünü də vətənpərvər ruhda böyütmüşdür. Onlar Rusiya Federasiyasının tanınmış universitetlərində Beynəlxalq hüquq sahəsində aspirantura pilləsində həm təhsil alır, həm də işləyirlər.Oğlu Cavanşir Əliyev Prezidentimiz İlham Əliyevin təhsil aldığı və dərs tədris etdiyi MQİMO-da 26 yaşlı hüquq elmləri doktoru, gənc alimdir. Hazırda “Beynəlxalq hüquq və Avropa hüququ” kafedrasında magistr səviyyəsi üzrə təhsil alan tələblərə dərs tədris edir. Gənc alim Cavanşir Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər insititutunda (MGİMO) Beynəlxalq Hüquq sahəsində RF nın, Moskva şəhərində Rusiya Konstitusiyasını yazan, Rusiyanın müxtəlif şəhərlırindən, müxtəlif Universitetlərindən dəvət olunmuş, dünyada tanınmış on iki alimlərin qarşısına çıxarılması, Azərbaycanlı olaraq “Elmi Şurada” alimlik dərəcəsini sərbəst müdafiə etməsi olduqca şərəfli, olduqca fəxr olunasıdır. Unutmayaq ki, bu möhtəbər təhsil ocağında 1977 ci ildə Prezident İlham Əliyev təhsil alıb, dərs tədris etmişdir.Oğlu Heydər Əliyev iki istiqamətdə – Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin Hüquqşünaslıq ixtisası üzrə və Moskva Dovlət Əmək və Sosial Münasibətlər Akademiyasının Dünya İqtisadiyyatı ixtisasları üzrə aspirantura pillələrində imtahanlarını vermək üçün mübarizəyə qoşulmuş, hər iki təhsil ocağına həm Hüquq sahəsi üzrə, həm də Dunya iqtisadiyyatı üzrə aspirantura pilləsinə qəbul olunmuşdur. Hazırda hər iki tanınmış təhsil ocağında təsilini davam etdirir.Digər oğlu Ağalar Əliyev Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq üzrə magistratura pilləsində təhsil alıb.Övladların üçü də ataları Məmməd müəllimin göstərdiyi yolla – Ulu Ondərimiz Heydər Əliyev yolu ilə gedəcəklərini qətiləşdiriblər.Həyat yoldaşı Fəridə xanım Mövsümzadə tanınmış kimyaçı alim Əhməd Mövsümzadənin qızıdır, səhiyyə işçisidir.Məmməd Əliyevin övladları bəzi başqa məmur övladları kimi təkəbbürlü deyillər, nail olduqları ilə öyünmür, dəbdəbəli həyat tərzi keçirmirlər. Əvvəla, onlar valideynlərindən onları ərköyün edəcək tərbiyə almayıblar. Üstəgəl, valideynləri onları təmtəraqlı həyat sürmələrinə yetəcək haram qazancın sahibi olmayıblar. Olub ki, Əliyev qardaşları valideynlərini xərcə salmamaq üçün xaricdə təhsil aldıqları şəhərlərdə dərsdən sonra supermarketlərdə və başqa zəhmət tutumlu iş rerlərində çalışıb öz zəruri xərclərini ödəyiblər. Yanılmarıq desək ki, məhz atalarından əxz etdikləri keyfiyyətləri, ədalətsizliklə barışmamaq hissi onların yolunda maneə olmuş, Azərbaycanda yüksək dövlət qulluğunda işə düzəlmələrinə əngəl törətmişdir. Bu da başa düşüləndir: İnsanları heç vaxt varlıya-kasıba bölməyən, rüşvətdən, korrupsiyadan uzaq olan Məmməd Əliyev övladlarından ötrü hansısa daha yuxarı vəzifəli məmurun kabinetinin arxa qapısını döyən deyildir, nə də övladlar özləri bunu rəva görməzlər. Ancaq indi – Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli iradə hesabına həyata keçirilən antikorrupsiya tədbirləri, mütərəqqi islahatlar bir çoxx perspektivli gənclər kimi Məmməd Əliyevin oğullarının da yoluna yaşıl işıq düşəcəyinə ümid verir.Bir qisim adamlar da var ki, inadla yaxşılıq etmək istəmirlər. Bu, onların imkansızlıqlarından deyil, acıqlı və kinli olmalarından irəli gəlir. Məmməd Əliyevin böyük qəlbində isə belə cılız hisslərə yer yoxdur. O üzdən yaxşılıq etməkdən usanmır. Xeyirxah işlər görməyə xəsislik etmir. Pozitiv adamdır, həyata nikbin nəzərlərlə baxır. Elədiyi köməkdarlıqla bərabər aşıladığı nikbinlik də fayda verir. Xeyirxahlıqda sanki hər gün şahanə, ürəkləri cəlb edən yeniliklər açır və onu yaxşı tanıyanlar heyrətamiz savab xəzinəsinin tükənməz olduğuna şübhə etmirlər. Bəlkə də fikirləşir ki, insanlara onun xeyirxahlığının sərhəddini bilmələrinə imkan versə, məyus olarlar.Gözəl həmsöhbətdir. Hər sözə tələm-tələsik münasibət bildirməz, bir qədər düşünər, mükəmməl cavab verər. Hər şeyin yerini, qədrini bilən adamdır. Çünki, həyatın hər üzünü – acısını, şirinini görüb. Bütün günü şirin yaltaqlıq, digərləri isə acı qeybətlər dinləməkdən həzz alanlar da var. Kamil insan olaraq alicənablığında daimi olan Məmməd müəllim xoşagəlməz xəbərləri çatdırmağa, nə də artıq söz-söhbətə qulaq asmağa meylli deyil. Ən əsas zinəti təmiz adıdır Məmməd müəllimin. Saflığı, şərəfi onu əzəmət şəfəqinə bürüyür, insanlarda rəğbət oyadır.Yaxşılıq mücəssəməsi, böyük dost, böyük insan Məmməd Əliyev ətrafında olan gənclərin həyatda və cəmiyyətdə düzgün yer tutmaları üçün öz köməyini heç kimdən əsirgəməyib. Gülüşündən kişilik yağan, duruşundan, baxışından insanlıq tökülən bu adam yaxşılıq heykəlidir. Ancaq o heykəli kimsə qoymayıb ondan ötrü. Allahın lütfüylə öz əlləriylə, gözəl əməlləriylə, dövlətçilik eşqiylə, milli ruhuyla özü ucaldıb.Az öncə Məmməd Əliyev Bakı şəhər prokurorluğunun Sənədlərlə və məktublarla işin təşkili şöbəsinin prokuroru vəzifəsindən azad edilərək, Baş Prokurorluğun Elm – Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndiriulməsi və peşə hazırlığının təşkil şöbəsinin prokuroru vəzifəsinə təyin edilmişdir.

Çox hörmətli Məmməd müəllimi bu təyinatı münasibətilə “DoğruSözTv.Az” Milli İnformasiya Agentliyinin kollektivi adından təbrik edir, yeni vəzifəsində uğurlar arzulayıram.

 814 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycan koronavirusa qalib gələ bilər - ŞAD XƏBƏR

“Pandemiya hər hansı bir xəstəliyin dünyanın bir çox qitələrinə geniş miqyasda yayılmasıdır. Yalnız Azərbaycanda xəstəliyin azalması, tək-tək xəstələnmə hallarının görünməsi nəticəsində biz heç də deyə bilmərik ki, dünyada pandemiya sona çatır”. Doğrusöztv.Az bildirir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib. O bildirib ki, Azərbaycanda da “Pfizer” vaksinindən istifadə olunmağa başlanması təqdirəlayiq […]