Sirac Abışovla vida mərasimi – FOTO

Oxunma vaxtı:39 Saniyə

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilib.

Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, vida mərasimi vida mərasimi Sirac Abışovun yaşadığı evdə – Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilib.

Vida mərasimində dövlət rəsmiləri, vətəndaşlar, mərhumun yaxınları iştirak edirlər. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin tapşırığı ilə vida mərasimində iştirak edib, Prezident və Birinci Xanım Mehriban Əliyevanın başsağlığını çatdırıb.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi..

Məqaləyə dair fotomateriallar:

 242 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Paşinyan Rusiyadan qisas almaq istəyir - ŞƏRH

“Ermənistanda bütün siyasi qüvələr çalışırlar özlərini Qərbpərəst göstərsinlər ki, seçiləcəkləri təqdirdə Qərblə əməkdaşlığa xüsusi diqqət yetirəcəklərini bir növ cəmiyyətə təlqin etsinlər”. Doğrusöztv.Az bildirir ki, bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, Ermənistan rəhbərliyi Rusiyanı qıcıqlandırmaq üçün Fransaya və Belçikaya səfər etdi: “Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Belçikaya və […]